Logo

Bakıda Rusiya universitetlərinin təhsil sərgisi başa çatıb

13.11.2022 18:54 242 baxış
IMG

Bakıda Rusiya ali məktəblərinin təhsil sərgisi başa çatıb.

Tehsil.biz xəbər verir ki, Bakıdakı Rus Evində (RİMM) təşkil olunan sərgidə Rusiya ali məktəblərinin nümayəndələri 100-dən çox abituriyent və onların valideynləri, ictimai təşkilatların nümayəndələri və Azərbaycanın məzunları ilə görüşüblər. 

Sərgidə Rusiyanın 7 şəhərindən 15 ali məktəb iştirak edib. Sərgi çərçivəsində Rusiya universitetlərinin nümayəndələri ilə azərbaycanlı həmkarları arasında görüşlər də keçirilib.

Sərgiyə Rusiya ali təhsil müəssisələrinin nümayəndələrinin təntənəli mükafatlandırılması mərasimi və Bakı Musiqi Akademiyasının sənətşünaslıq üzrə fəlsəfə doktoru, baş müəllim Alena İnyakinanın rəhbərliyi ilə konsert proqramı ilə yekun vurulub.

Xəbər lenti