Logo

“Utancaq qız” tamaşası yenidən səhnədə

14.11.2022 10:16 267 baxış
IMG

Noyabrın 19-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya ədəbiyyatının görkəmli nümayəndəsi Fyodor Dostoyevskinin “Utancaq qız” fantastik povesti əsasında hazırlanan eyniadlı monotamaşa nümayiş ediləcək.

Tehsil.biz xəbər verir ki, Xalq artisti Cənnət Səlimovanın quruluşunda hazırlanan tamaşada rolu Əməkdar artist Şövqi Hüseynov ifa edəcək.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN Xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək olar.

Xəbər lenti