Logo

UNEC-in tələbəsi Lütfi Zadə adına təqaüdə layiq görülüb

12.02.2021 19:36 806 baxış
IMG

Lütfi Zadə İrsi və Süni İntellekt Assosiasiyası və “AzEdu Academy”nin birgə təşəbbüsü ilə Lütfi Zadə adına təqaüd təsis edilib. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal iqtisadiyyat fakültəsində kompüter elmləri ixtisası üzrə təhsil alan I kurs tələbəsi Fidan Vəlizadə bu təqaüdə layiq görülüb.

 

Bu barədə Tehsil.biz-ə UNEC-dən məlumat verilib. Bildirilib ki, istedadlı gənclərə dəstək olmaq və tanınmış alim Lütfi Zadənin xatirəsini yaşatmaq məqsədilə təsis edilən təqaüd texniki və texnoloji ixtisaslar üzrə bakalavriatura səviyyəsində təhsil alan, Vətən müharibəsində, eləcə də I Qarabağ müharibəsində şəhid və ya qazi olan şəxslərin övladları üçün nəzərdə tutulur.

 

Fidan Vəlizadənin atası I Qarabağ müharibəsində iştirak edərək qazi olub.

Xəbər lenti