Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) Sosial iş fakültəsinin IV kurs tələbəsi İsmayıl Axundov "Work and Travel" proqramının 3 aylıq Amerika təcrübəsini tələbələrlə bölüşüb.
Tehsil.biz xəbər verir ki, görüşdə proqrama necə müraciət ediləcəyi, qəbul şərtləri, viza müsahibəsi və.s kimi önəmli məsələlərə toxunulub.
Bundan əlavə, seminar tələbələrin sual-cavab sessiyası ilə də davam edib.
Qeyd edək ki, İsmayıl Axundov 2022-ci ildə "Work and Travel" proqramının qalibi olub.





