Noyabrın 9-dan 12-dək Bakı Su İdmanı Sarayında üzgüçülük üzrə Azərbaycan Açıq qış çempionatı keçirilib.
Tehsil.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkil etdiyi yarışda Bakı və bölgələri təmsil edən 15 klubun tərkibində 150-dək idmançı mübarizə aparıb.
4 gün davam edən çempionatda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının üzgüçülük ixtisaslı ikinci və üçüncü kurs tələbələri hakim qismində iştirak ediblər.
Qeyd edək ki, çempionatdan öncə tələbələr bir neçə təlimə qatılaraq yarışın təşkili və qaydaları ilə yaxından tanış olublar.