Logo

BDU-nun Mexanika-riyaziyyat fakültəsində növbəti elmi seminar keçiriləcək

14.11.2022 16:51 485 baxış
IMG

Noyabrın 15-də Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsində növbəti elmi seminar keçiriləcək.

Tehsil.biz xəbər verir ki, seminarda Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının dosenti, riyaziyyat üzrə elmlər doktoru Miqdad İsmayılovun “Qrand Lebeq fəzalarında çəkili eksponent və triqonometrik sinuslar və kosinuslar sistemlərin defekt bazisliyi” mövzusunda məruzəsi dinləniləcək.

Məruzədə qrand Lebeq fəzalarının sürüşmə operatorunun doğurduğu alt fəzalarında çəkili eksponent və triqonometrik sinuslar və kosinuslar sistemlərin tamlığı, minimallığı və bazisliyi haqqında məlumat verilir.

Xəbər lenti