Logo

“Ustadla görüş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib - FOTO

14.11.2022 20:01 384 baxış
IMG

Noyabrın 14-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) Karyera Mərkəzinin təşkilatçılığı ilə “Ustadla görüş” idman layihəsi çərçivəsində “Triterra” klubunun baş məşqçisi, müasir beşnövçülük üzrə beynəlxalq dərəcəli idman ustası, “dəmir adam” ləqəbli Aleksandr Mordasovla görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə ASAPES-in İdman işləri üzrə prorektoru Fərid Mansurov, “Kütləvi və tətbiqi idman növləri” kafedrasının ixtisasçılarından ibarət tələbə və professor-müəllim heyəti iştirak edib.

Aleksandr Mordasov məşqlər zamanı çətinliyə qarşı reaksiya tərzi və onları dəf edə bilməyin yollarından danışıb. O, tələbələrə hər zaman məqsədli olmağı və çətinliklər zamanı ruhdan düşməməyi məsləhət görüb. Bundan başqa, qonaq ASAPES-in stadionunda tələbələrə məşq formatının mərhələləri və onların dəyişdirilməsi, yorğun ayaqlarda qaçış texnikaları üzrə master-klass da keçib.

Görüşün sonunda  İdman işləri üzrə prorektor  Fərid Mansurov Aleksandr Mordasova öz təcrübəsini tələbələrlə bölüşdüyü üçün təşəkkürünü bildirib və qonağa Akademiya adından xüsusi hazırlanmış hədiyyəni təqdim edib.

Xəbər lenti