Logo

Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib

14.11.2022 21:00 332 baxış
IMG

Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib.

Tehsil.biz xəbər verir ki, Elmi Şura öz işinə başlamazdan əvvəl universitetin rektoru, professor Yusif Yusibov Kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyevi kimya elmləri doktoru, Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi Mətanət Mahmudovanı filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcələri almaları münasibətilə təbrik edib və diplomları onlara təqdim edib.

Sonra Elmi Şura öz işinə başlamışdır. Rektor Yusif Yusibov şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib. Birinci məsələ-Beynəlxalq əlaqələrin gücləndirilməsi istiqamətində görülən işlər haqqında universitetin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadənin, ikinci məsələ-2022-2023-cü tədris ilində pedaqoji və istehsalat təcrübələrinə hazırlığın vəziyyəti, universitetin şəhər orta məktəbləri ilə əlaqələrinin möhkəmləndirilməsi üçün görülən işlərə dair Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayevin hesabat məruzələri dinlənilərək müzakirə edlib. Şura üzvləri hər iki məruzəni qənaətbəxş hesab ediblər.

Elmi Şurada Kimya və Sosial fənlər kafedralarının 5 illik fəaliyyəti ilə əlaqədar hesabat məruzələri dinlənildikdən sonra yaradılmış işçi qrupu tərəfindən hazırlanmaqda olan “Gəncə Dövlət Universitetinin 2022-2026-cı illər üzrə strateji fəaliyyət planı” haqqında Innovasiyalar departamentinin rəhbəri Vasif Həsənovun məlumatı dinlənilib.

Elmi Şura cari məsələlərin müzakirəsi ilə öz işini başa çatdırıb.

Xəbər lenti