Dünya əhalisi 8 milyard nəfər olub.
Tehsil.biz xəbər verir ki, bu barədə BMT-nin Əhali Fondu məlumat yayıb.
Məlumata görə, ehtimal olunur ki, 2030-cu ildə dünya əhalisi 8.5 milyarda, 2050-ci ildə 9.7 milyarda, 2100-cü ildə isə 10.4 milyarda nəfərə çatacaq.
Dünya əhalisinin 7 milyarddan 8 milyard nəfərə yüksəlməsi üçün 12 ilə yaxın zaman tələb olunubsa, 9 milyarda çatmaq üçün 14.5 il lazımdır.
Beləliklə, proses təxminən 2037-ci ilə kimi davam edəcək.