Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Fikrət Əmirov 100” Musiqi Festivalı çərçivəsində, Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Regional Mədəniyyət İdarəsinin, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının dəstəyi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş “Sevil” (proloqla birlikdə 2 pərdəli opera) tamaşası təqdim edilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Türkiyə Respublikasının Gəncədəki Baş konsulu Zeki Öztürk, şəhər ictimaiyyəti iştirak edib.
Qeyd edək ki, tamaşanın bədii rəhbəri, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, professor Fərhad Bədəlbəyli, dirijor, Dirijorların Antal Dorati adına beynəlxalq müsabiqəsinin laureatı Orxan Həşimov, rejissor, Əməkdar İncəsənət xadimi Hafiz Quliyev, rəssam, Xalq rəssamı Tahir Tahirov, xormeyster, Əməkdar İncəsənət xadimi Sevil Hacıyeva, baletmeyster, Əməkdar İncəsənət xadimi Yulana Əlikişizadə, konsertmeyster Nüşabə İsadır.
Rollarda: Sevil – Fatimə Cəfərzadə, Balaş (Sevilin həyat yoldaşı, bank işçisi) – Xalq artisti Azər Zeynalov, Dilbər – Əməkdar artist İnarə Babayeva, Gülüş (Balaşın bacısı) – gimnaziya tələbəsi Nina Makarova, Atakişi (Balaşın atası) – vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Taleh Yahyayev, Babakişi (Sevilin atası) – Əməkdar artist Tural Ağasıyev, Əbdüləli bəy – Urfan Cəfərov, Məmmədəli bəy – Fəhmin Əhmədli, Tafta (qulluqçu) – Esmira Məmmədova, Azançı – Nəzər Bəylərov.