Logo

“İT-Akademiya” təhsil layihəsinin ikinci mərhələsinə start verilib

15.11.2022 15:20 264 baxış
IMG

Elm və Təhsil və İqtisadiyyat nazirlikləri tərəfindən rəqəmsal sahədə yeni peşəyə yiyələnmək istəyənlər üçün “İT-Akademiya” təhsil layihəsinin ikinci mərhələsinə start verilib.

Tehsil.biz xəbər verir ki, noyabrın 15-dən başlayan kurslarda 150 tələbə iştirak edəcək. Tədris onlayn (2 qrup) və əyani (8 qrup) rejimdə olmaqla 5 ay davam edəcək. Əyani dərslər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində keçirilir.

Qeyd edək ki, “İT-Akademiya”nın məqsədi İT bazarının inkişafına dəstəyin göstərilməsi və bu sahədə təhsil sisteminin təkmilləşdirilməsinin sürətləndirilməsidir. Layihə iştirakçıları veb-tərtibatçı, sistem administratoru (inzibatçı) və testləşmə üzrə mühəndis peşələri ilə bağlı lazımi biliklər əldə edəcək, eyni zamanda real məsələlərin həllində praktik bacarıqlar qazanacaqlar. Kursları müvəffəqiyyətlə bitirən şəxslərə sertifikat veriləcək.

“İT-Akademiya” təhsil layihəsi “Alqoritmika” beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbinin iştirakı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və “Baku Steel Company”nin dəstəyi ilə həyata keçirilir.

Xəbər lenti