Noyabrin 2-nə olan məlumata görə, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professor-müəllim heyətinin internet üzərindən axtarışda olan 2884 elmi əsəri “Google Scholar” profilinə yüklənib.
UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, sistemdə olan 94 elmi əsər 2022-ci ilin payına düşür və onlara olunan istinad sayı 1258-dir.
Bu elmi əsərlərdən ən yüksək istinad göstəriciləri 2021-ci il üçün qeydə alınıb. Belə ki, həmin ildə 287 elmi əsərə 1793 istinad olunub.