Peşə Təhsili üzrə Dövlət Agentliyi və Dövlət Məşğulluq Agentliyinin birgə əməkdaşlığı çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək elektrik-qaz qaynaqçısı ixtisası üzrə peşə hazırlığı kursuna qeydiyyat başlayıb.
Agentlikdən "Tehsil.biz"ə bildirilib ki, iştirakçılar 8 həftə müddətində davam edəcək kursa elektron ərizə forması üzərindən noyabrın 22-dək müraciət edə bilərlər.
Qeyd edək ki, peşə hazırlığı kurslarına yalnız Dövlət Məşğulluq Agentliyində işsiz kimi qeydiyyatdan keçmiş şəxslər müraciət edə bilərlər. İşsiz kimi qeydiyyatdan keçmək üçün vətəndaşlar elektron qaydada müraciət edə və ya xidmət yerinə (DOST Mərkəzləri və ya Regional Məşğulluq filialları) şəxsən yaxınlaşa bilərlər.
Kurs müddətində müdavimlərə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək.