Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə Şəmkir rayon təhsil sektorunun müdiri Qüdrət Əliyev işdən çıxarılıb.
"Tehsil.biz"in məlumatına görə, o, bağlanmış əmək müqaviləsinin müddəti bitdiyi üçün işdən azad olunub.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin mətbuat xidmətindən məlumat saytımıza təsdiq edilib, bildirilib ki, hələlik Q.Əliyevin yerinə təyinat yoxdur.