Gəncə Dövlət Universitetinin Ekologiya və təbiəti mühafizə kafedrasının əməkdaşları və tələbələri “Ağıllı şəhər” layihəsi çərçivəsində Heydər Əliyev parkında ağacəkmə aksiyasında iştirak ediblər.
Tehsil.biz xəbər verir ki, parkda 100-dən artıq meyvə ağacları əkilib, torpağa basdırılan alma və xurma tingləri suvarılıb və aqrotexniki qaydalarla qulluq edilib. Ağacəkmə aksiyasında iştirak edən Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri professor Sevda Əhmədova bildirib ki, yaşıllıqların qorunması və zənginləşdirilməsi üçün universitetin kafedrası tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir. Əsas məqsəd Gəncə şəhərinin ekomühitinin qorunması, zənginləşdirilməsi və gənclərdə ekoloji tərbiyəni gücləndirməkdir.
Aksiya iştirakçıları onlara verilən dəstəyə görə meşəlik təsərrüfatının rəhbərliyinə təşəkkürlərini bildiriblər.