Logo

Prezidentin yeni köməkçisi Xalid Əhədov kimdir? - DOSYE

17.11.2022 16:44 1669 baxış
IMG

Prezident İlham Əliyevin sərəncamı ilə Xalid Nurəddin oğlu Əhədov Azərbaycan Respublikası Prezidentinin sosial‑iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib.

Tehsil.biz xəbər verir ki, Xalid Əhədov 4 fevral 1980-ci ildə anadan olub. Ziyalı ailəsində anadan olan X.Əhədovun anası müəllim, atası həkimdir.

1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində «Maliyyə və kredit» ixtisası üzrə bakalavr dərəcəsi, 2000-2002-ci illərdə isə həmin ixtisas üzrə magistr dərəcəsi alıb. 2010-2012-ci illərdə Avropanın, həmçinin dünyanın ən güclü universitetlərindən biri olan Instituto de Empresa (IE) biznes məktəbinə qəbul olub və Barselonada MBA təhsili alıb.

1995-1996-cı illərdə riyaziyyat üzrə Azərbaycan olimpiadasının qalibi olub.

Professional fəaliyyəti:

1999-cu ilin mart ayı - «Bank of Baku» - komanda rəhbəri vəzifəsi, pərakəndə biznes bölməsinin meneceri, müştəri məmnuniyyəti departamentinin rəhbəri vəzifələri;

2005-ci il - Bank of Baku - idarə heyəti sədrinin müavini;

2012-ci il - Unibank - İcraedici komitənin üzvü;

2015 il - Unibank - İcraçı direktor;

12.07.2016 - “Bank Standard” - Baş direktor;

2.12.2016 - "Azər Türk Bank" - İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icraçısı;

10.01.2017 - "Beynəlxalq Bank" - İdarə Heyətinin sədri;

14.03.2018 - "Beynəlxalq Bank" - Müşahidə Şurasının üzvü.

Qeyd olunan vəzifələrlə yanaşı, o, "Atəşgah sığorta"nın müşahidə şurasının üzvü, Millikart Prosesinq Mərkəzinin Direktorlar Şurasının sədri vəzifələrini də icra edib.

Qeyd edək ki, Xalid Əhədov keçmiş millət vəkili Nurəddin Əhədovun oğludur.

Xəbər lenti