Logo

GDU-da “Teknofest” yarışmasına dair məlumatlandırıcı görüş keçirilib

17.11.2022 20:55 259 baxış
IMG

Gəncə Dövlət Universitetinin tələbələri üçün “Teknofest 2023” yarışmasına dair məlumatlandırıcı görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə “Bilim Bakı” Mərkəzinin rəhbəri Yusuf Polat çıxış edərək 2022-ci ilin may ayında Bakıda keçirilmiş möhtəşəm “Teknofest” haqqında danışıb, növbəti festival barədə ətraflı məlumat verib. Qeyd edib ki, 41 kateqoriya üzrə 102 əsas yarışın təşkil ediləcəyi festival İstanbulun Atatürk Hava Limanında keçiriləcək. Qalib olan komandalara isə pul mükafatı veriləcək. Artıq dünyanın ən böyük texnologiya yarışı - “Teknofest 2023” festivalına müraciətlər başlayıb. Qeydiyyat isə noyabrın 20-də bitəcək.

Görüşdə “Teknofest” yarışmasında Gəncə Dövlət Universitetindən qatılan tələbələr haqqında da məlumat verilib. Tələbələrin bu cür yarışmalarda iştirakının onların gələcək fəaliyyəti üçün faydalı olacağı bildirilib, gənclər belə yarışlarda aktiv iştiraka dəvət olunub.

Sonda tələbələrin sualları cavablandırılıb.

Xəbər lenti