Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının komandadı (AƏSMA) Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubileyinə həsr olunmuş sərbəst və Yunan-Roma güləşi üzrə turnirin final mərhələsində iştirak edib.
Tehsil.biz xəbər verir ki, oktyabrın 30-da start götürən turnirdə sərbəst və Yunan-Roma güləşi üzrə müxtəlif çəki dərəcələrində ümumilikdə 312 gənc mübarizə aparıb.
Turnirdə Binəqədi rayon təmsilçiləri 72 kq çəki dərəcəsində II yerin qalibi Ceyhun İsmayılov, 77 kq çəki dərəcəsində I yerin qalibi Aqil Musayev və digər qaliblər müvafiq diplomlar, medallar və xatirə hədiyyələri ilə təltif olunublar.