Logo

Qarabağ Regional Təhsil İdarəsi: "Direktor müavinlərinin işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib"

17.11.2022 22:38 523 baxış
IMG

Noyabrın 17-də Qarabağ Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.

İdarədən "Tehsil.biz"ə bildirilib ki, nəticələrin emalı prosesi yekunlaşdıqdan sonra yaxın günlərdə cavablar namizədlərin "Şəxsi kabinet”inə göndəriləcək.

Müvafiq vəzifələr üzrə keçid balından yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

Xəbər lenti