Logo

Odunla qızdırılan məktəblərin siyahısı HAZIRLANDI

18.11.2022 11:18 302 baxış
IMG

"Bizdə odunla qızdırılan məktəblərin konkret siyahısı var. Həmin siyahıya uyğun olaraq hər il dövlət proqramına əsasən müxtəlif sayda məktəblərin qazlaşdırılması və digər enerji mənbələri ilə qızdırılması istiqamətində işlər həyata keçirilir".

Tehsil.biz xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini Orxan Abbasov deyib.

Nazirliyinin hədəfinin odunla qızdırılan məktəblərin sayını ildən-ilə azaltmaq olduğunu bildirən şöbə müdirinin müavini vurğulayıb ki, bununla bağlı hər il müvafiq işlər görülür və buna uyğun olaraq çoxlu sayda məktəblər hər il qazla qızdırılan mərkəzləşdirilmiş istilik sisteminə qoşulur.

Nazirlik rəsmisi Azərbaycanda ümumtəhsil müəssisələrinin qızdırılması üçün hələ də odundan istifadənin səbəblərini açıqlayıb. Odunun ənənəvi yanacaq növü olduğunu bildirən O.Abbasov hazırda ölkədə bəzi məntəqələrin qazlaşdırılmadığını xatırladıb.

Orxan Abbasov həmçinin qeyd edib ki, hətta bəzi məntəqələrdə qaz olsa belə, mavi yanacağın mövcud təzyiqi məktəbin qızdırılmasına imkan vermir, bundan əlavə, bəzi məktəblərin qəzalı vəziyyətdə olması, həmin təhsil ocaqlarının qazlaşdırılmasına maneə yaradır.

Xəbər lenti