Logo

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi necə həyata keçirilir?

18.11.2022 11:45 375 baxış
IMG

Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi Elm və Təhsil Nazirliyi tərəfindən, mərkəzləşdirilmiş qaydada, proqram təminatı vasitəsilə həyata keçirilir.

Bu barədə "Tehsil.biz"ə nazirlikdən məlumat verilib.

Bildirilib ki, müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsində dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında müəllim olaraq çalışan və həmin iş yeri üzrə minimum 5 saat dərs yükünə sahib olan şəxslər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az/qy/ saytına daxil olaraq qeydiyyatdan keçməlidirlər.

Xəbər lenti