Logo

AzMİU-da “44 gün” romanının müəllifi ilə görüş olub

18.11.2022 12:33 267 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Kitabsevərlər klubu “44 gün” romanının müəllifi Amid Səlimoğlu ilə görüş keçirib.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, görüş torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Şahmar Rəfili, Elektron Kitabxananın müdiri Aytən Rəhmanova və Kitabsevərlər klubunun sədri Məlahət Nağızadə çıxış edərək görüşün əhəmiyyətindən danışıblar. Çıxışlarda qeyd olunub ki, AzMİU-nun Kitabsevərlər klubu tələbələrin mütaliə bacarıqlarının inkişafı, onların bu istiqamətdə motivasiyası üçün əlverişli mühit formalaşdırıb.

Görüş Amid Səlimovla tələbələr arasında sual-cavab, diskussiyalar şəklində davam edib.

Xəbər lenti