Logo

AzMİU ilə Manas Universiteti arasında müəllim və tələbə mübadiləsi imkanları müzakirə olunub

18.11.2022 13:20 248 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının dosenti Mirfatma Cavadova Türk Universitetlər Birliyi tərəfindən həyata keçirilən Orhun mübadilə proqramı çərçivəsində Bişkek şəhərində yerləşən Qırğızıstan-Türkiyə Manas Universitetində ezamiyyətdə olub.

AzMİU-dan "Tehsil.biz"ə bildirilib ki, Mirfatma Cavadova Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru professor Alparslan Ceylanla görüşüb. Qeyd olunub ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində inkişaf edən əlaqələr universitetlər arasındakı əməkdaşlığın dərinləşdirilməsinə zəmin yaradıb.

Rektor Alparslan Ceylan qeyd edib ki, Qırğızıstan-Türkiyə Manas Universiteti AzMİU-nun timsalında bütün Azərbaycan universitetləri ilə daha sıx münasibətlərin yaradılmasında maraqlıdır.

Mirfatma Cavadova Qırğızıstan-Türkiyə Manas Universitetinin rektor və müəllim heyəti ilə birlikdə Bişkekdə keçirilən bir sıra tədbirdə iştirak edib, görüşlər keçirib, o cümlədən Azərbaycanın Qırğızıstandakı səfiri, AzMİU-nun məzunu Lətif Qəndilovla görüşüb.

Görüşlərdə Qırğızıstan-Türkiyə Manas Universiteti ilə AzMİU və uyğun kafedralar arasında əməkdaşlığın genişləndirilməsi, iki qurum arasında əlaqələrin gücləndirilməsi, müəllim və tələbə mübadiləsi imkanları müzakirə olunub. Eyni zamanda, Orhun mübadilə proqramının imkanlarından istifadə etməklə tərəflər arasında dərs proqramlarının eyniləşdirilməsi, dəslərdə fərqli universitet müəllimlərinin iştirakı, tələbələrin beynəlxalq əməkdaşlığı məsələləri də nəzərdən keçirilib.

Mirfatma Cavadova Qırğızıstan-Türkiyə Manas Universitetinin Mühəndislik fakültəsində 4-cü kurs tələbələrinə, Elektrik və elektronika mühəndisliyi bölməsində isə 1-4 kurs tələbə və müəllim heyətinə seminarlar keçib, AzMİU-nun tədris proqramları, fəaliyyət istiqamətləri haqqında geniş məlumat verib. O, Elektrik və elektronika mühəndisliyi bölməsinin 2-ci kurs tələbələri ilə birlikdə təcrübə proqramı çərçivəsində gəzintidə də iştirak edib.

Xəbər lenti