Logo

Bu layihənin iştirkaçı seçim mərhələsinə start verilir

18.11.2022 13:28 418 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsi çərçivəsində qalib olan “Qarabağın rəqəmsal müəllimləri: Google platformasının köməyilə kağızsız sinif otaqlarının təşkili” layihəsinin iştirkaçı seçim mərhələsinə start verilir.

Tehsil.biz xəbər verir ki, layihənin məqsədi “Google for education level 1” platforması üzrə yeni bilik və bacarıqlar öyrətməklə rəqəmsal müəllimlərin yeni tədris alətlərini tədris prosesində tətbiq etmələri ilə şagirdlər arasında rəqəmsal vətəndaşlığı inkişaf etdirmək və gələcəkdəki qayıdış zamanı həmin ərazilərdə inşa olunan ağıllı məktəblərə inteqrasiya prosesinin sürətləndirilməsinə yardımçı olmaqdır.

Layihə çərçivəsində hazırlıq işləri aparılıb və idarəetmə komandası formalaşdırılıb. Daha sonra layihənin icrası ilə bağlı müvafiq əməkdaşlıqlar qurulub.

Qarabağ Regional Təhsil İdarəsinə tabe olan 8 rayonda layihənin təqdimatı keçirilib və iştirakçı seçiminə başlanılıb. Müəyyən olunmuş kriteriyalara uyğun iştirakçılar müsahibəyə cəlb olunacaqlar. Müsahibədən uğurla keçmiş 80 məktəbdən 160 iştirakçı seçilərək təlimlərə dəvət olunacaq. Təlimlər dekabr ayında başlanacaq və həftəsonları Qarabağ Regional Təhsil İdarəsinə tabe olan 8 rayonlarda keçiriləcək.

Qarabağ Regional Təhsil İdarəsinin 8 rayonu üzrə 160 nəfər seçilmiş müəllim öz məktəblərində 15 müəllimə təlimlərdə öyrəndiklərini mentorluq edərək “Gənc müəllim” platforması vasitəsilə öyrədəcəklər. Həmçinin təlimlərin sonunda “Gənc müəllim” platforması üzərində qiymətləndirmə testini bitirərək sertifikat əldə edə biləcəklər.

Bununla yanaşı beynəlxalq dərəcəli sertifikat əldə etmək üçün Google üzərindən imtahan verməklə əldə etmək imkanı olacaq.

Layihə sentyabrın 15-dən fevralın 15-dək davam edəcək. 

Onu da qeyd edək ki, layihə çərçivəsində gənc müəllimlərin cəlb olunması, təlim məzmununun hazırlanması və ekspertlərin təminində Azərbaycan Gənc Müəllimlər Assosiasiyası ilə tərəfdaşlıq edəcək. 

Qeydiyyat 26 noyabra qədər davam edəcək.

Bu linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz.

Xəbər lenti