Logo

ABŞ-ın Maryland Universitetinin Beynəlxalq Tələbələr və Alimlər Ofisinin direktoru ADAU-da olub

18.11.2022 14:27 231 baxış
IMG

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Maryland Universitetinin (UMBC) Baltimor vilayətinin (UMBC) Beynəlxalq Tələbələr və Alimlər Ofisinin direktoru Adam Culianı Beynəlxalq Təhsil Həftəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tələbələrlə görüşüb.

Tehsil.biz xəbər verir ki, görüşdən əvvəl ADAU-nun rektor vəzifəsini icra edən Zəfər Qurbanov Universitetin beynəlxalq əlaqələri, maddi-texniki bazası və ABŞ-ın Oklahoma Dövlət Universiteti ilə həyata keçirilən ikili diplom proqramı barədə qonağa ətraflı məlumat verib.

Sonra tələbələrlə görüşən A. Culianı onlara Amerikada fəaliyyət göstərən universitetlər haqqında danışıb və sözügedən ali məktəblərə qəbul olmaq üçün şərtləri izah edib.

Bildirilib ki, ABŞ-ın universitetlərinə müraciət edən tələbələr yüksək səviyyəli ali təhsil almaq imkanı əldə edəcək və onlara gələcək karyeranın inkişafı üçün də şərait yaradılacaq.

Sonda tələbələrin sualları cavablandırılıb.

Xəbər lenti