Logo

AzTU “Kibergigiyena” platformasından aktiv istifadəyə görə təltif olunub

18.11.2022 15:13 242 baxış
IMG

Azərbaycan Texniki Universiteti (AzTU) "Kibergigiyena" platformasından aktiv istifadəyə görə təşəkkürnamə ilə təltif olunub.

AzTU-dan "Tehsil.biz"ə bildirilib ki, "Kibergigiyena" layihəsinin (https://kibergigiyena.az/) təlimlərində universitetin insan resursları, maliyyə, beynəlxalq əlaqələr, karyera, dekanlıqlar, kafedralar və digər strukturlarının 100-ə yaxın əməkdaşı iştirak edib. Onlar təlimin üç mərhələdə keçirilən test imtahanlarını yüksək nəticələrlə başa vurublar.

Təlimlərdə kibertəhlükəsizlik tələbləri və qaydaları, bu sahədə standartlar və ən yaxşı təcrübələr, kiberdünyada təhlükəsiz fəaliyyət üçün faydalı təlimat və tövsiyələr, müasir yanaşmalar və həllər təqdim olunub.

Qeyd edək ki, AzTU bu layihədə iştirak edən ilk ali məktəbdir.

Xatırladaq ki, "Kibergigiyena" platforması Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və “B.EST Solutions” MMC arasında imzalanan üçtərəfli müqavilə çərçivəsində yaradılıb.

Xəbər lenti