Namizədlər yalnız müddətsiz müqavilə əsasında çalışdığı əsas iş yeri üzrə qarşılıqlı yerdəyişmə etmək hüququna malikdir.
Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qurumdan həmçinin qeyd olunub ki, hazırda analıq məzuniyyətində olan şəxslər müsabiqədə iştirak edərək yerdəyişmə edə bilməz. Belə ki, qeyd olunan şəxslərin müsabiqədə iştirakı imkan xaricindədir.