Yanvar-oktyabr aylarında informasiya və rabitə müəssisələri tərəfindən 2 milyard 199,6 milyon manatlıq xidmət göstərilib.
Tehsil.biz Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 15,7 faiz çox olub.
Xidmətlərdən əldə edilən gəlirin 39 faizi və ya 857,5 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.