Logo

Ali məktəblərə yüksək balla qəbul olan bir qrup tələbə ilə görüş keçirilib - FOTO

19.11.2022 13:16 243 baxış
IMG

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın icrası istiqamətində ali təhsil müəssisələrinə yüksək balla qəbul olmuş bir qrup tələbələrlə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi İlahə Məmmədova, tələbələr, valideynlər iştirak ediblər.

Tədbirdə çıxış edən Baş İdarənin rəisi Raqif Abbasov bildirib ki, təhsil hər bir vətəndaşın həyatını düzgün qurmasında, fəal vətəndaş mövqeyini formalaşdırmasında, cəmiyyətin inkişafı və dövlət quruculuğunda yaxından iştirakında mühüm rol oynayan prosesdir. Bu prosesin fəal üzvü olmaq və uğurlu nəticə əldə etmək üçün hər bir gənc geniş dünyagörüşə və müasir tələblərə uyğun təhsilə malik olmalıdır. Qloballaşan dünyada yaşadığımız innovativ və dayanıqlı inkişaf dövrü yeni nəsildən daha mükəmməl təhsil almağı, elmi biliklərə və peşələrə dərindən yiyələnməyi tələb edir.

“Bu gün qarşımızda mühüm vəzifələr durur. Siz, vətənimizin və xalqımızın inkişafı naminə yaxşı təhsil almalı, seçdiyiniz ixtisası mükəmməl öyrənməli, öz peşənizin sahibinə çevrilməlisiniz. Hər biriniz müstəqil Azərbaycanın gələcəyi üçün məsuliyyət daşımalı, ana dilini və Vətən tarixini dərindən öyrənməli, milli dəyərlərimizə sahib çıxmalı, mənsub olduğunuz xalqın layiqli vətəndaşı olmalısınız. Çünki sizlər güclü, yenilməz və qalib ölkənin gənclərisiniz”, - deyə Raqif Abbasov bildirib.

Sonra tələbələrə asudə vaxtın səmərəli təşkili istiqamətində Baş İdarənin təşkilatçılığı ilə keçirilən tədbirlərdə, ekskursiyalarda, müxtəlif layihələdə fəal iştirak etmələri tövsiyə olunub.

Sonda ali məktəblərə qəbulda yüksək bal toplamış tələbələrə hədiyyələr verilib.

Xəbər lenti