Logo

ASAPES-də əcnəbi müəllimlərin tədrisə cəlb olunması davam etdirilir - FOTO

19.11.2022 13:43 240 baxış
IMG

Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyası Sosial Elmlər İnstitutunun “İdarəetmə psixologiyası” kafedrasının baş müəllimi Yevgeniya Topoleva 2022/2023-cü tədris ili çərçivəsində Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (Universiteti) ilə ikili diplom proqramına uyğun olaraq kadr hazırlığına başlayıb.

Bu barədə "Tehsil.biz"ə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından məlumat verilib.

Rusiyalı mütəxəssis noyabrın 14-dən 19-dək tələbələrə tədrisi rus dilində aparılan “İdman menecmenti” magistr ixtisası üzrə “Heyətin idarə edilməsi və liderlik” fənnini tədris edib.

Xəbər lenti