Logo

Sabah payız tətilinin sonuncu günüdür

19.11.2022 14:18 503 baxış
IMG

Noyabrın 20-si 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətilinin son günüdür.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən bildirilib.

Payız tətili ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilib.

Xatırladaq ki, payız tətili “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.

Xəbər lenti