Logo

AzTU komandası Dünya Robot Olimpiadasının üçüncüsü olub - FOTO

19.11.2022 22:18 251 baxış
IMG

17-19 noyabr 2022-ci il tarixlərində Almaniyanın Dortmund şəhərində keçirilən Dünya Robot Olimpiadasında 56 ölkədən 78 komanda arasında ölkəmizi təmsil edən Azərbaycan Texniki Universitetinin (AzTU) SABAH qruplarının "Platon Tech" komandası dünya üçüncüsü olub. 

AzTU-dan "Tehsil.biz"ə bildirilib ki, “Platon Tech” komandasının üzvləri AzTU-nun SABAH qruplarının informasiya texnologiyaları ixtisasının tələbələri Rüfət Şixiyev, Qabil Hüseynli və ADNSU-nun tələbəsi Fərid Şixiyevdir. Rüfət və Fərid Şixiyevlər əkiz qardaşlardır. 

Qeyd edək ki, 2000-dən çox iştirakçının qatıldığı yarışda birinci yerə Hindistan, ikinci yerə Yunanıstanı təmsil edən komanda layiq görülüb.

Xəbər lenti