Logo

UNEC-də "Müasir inklüziv tədris prosesinin təşkili" mövzusunda təlim keçirilib

19.11.2022 23:00 397 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İnklüziv Təhsil Mərkəzinin Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə əməkdaşlıq çərçivəsində “Müasir inklüziv təlim-tədris prosesinin təşkili” adlı təlimlər keçirilib.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, dörd gün davam edən təlimlər psixoloji mühit, valideyn himayəsindən məhrum olmuş, eləcə də çətin tərbiyə olunan uşaqlarla təlim-tədris prosesinin təşkili, istedadlı gənclərin aşkar edilməsi metodları, sosial-pedaqoji dəstək-yanaşma prinsipləri və s. mövzuları əhatə edib.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Xəbər lenti