Logo

Bakı Ali Neft Məktəbinin əməkdaşları beynəlxalq elmi konfransda - FOTO

20.11.2022 11:17 437 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi kafedrasının əməkdaşları Vüsal Kərimov və Rəşad Nəzərəliyev  Azərbaycan Təhsil Nazirliyi, SOCAR, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Orta Doğu Teknik Universiteti (ODTU) və Kazan Federal Universitetinin təşkilatçılığı ilə Bakıda keçirilən "ThEOR 2022" beynəlxalq elmi konfransında iştirak ediblər.

Tehsil.biz xəbər verir ki, dünyanın bir çox qabaqcıl universitetlərinin professor, beynəlxalq neft şirkətlərinin mühəndislərinin iştirakı ilə keçirilən konfransda BANM-in əməkdaşları "Zəif keçiriciliyə malik qeyri-konvensional neft yataqlarında dövri qaz inyeksiyası ilə neft çıxımının artırılması" və "Yataqların neftveriminin artırılması üçün CO2 vurulması və sekvestrasiyasına görə dəyərləndirilməsi və qiymətləndirilməsi" mövzularında məruzələrlə çıxış ediblər.

“TheEOR” beynəlxalq platforma kimi 2016-cı ildən fəaliyyət görstərir və dünyanın müxtəlif neft paytaxtlarında keçirilir. Bu il isə Bakıda keçirilən  “TheEOR 2022”də ADNSU bütün dünyadan Neft veriminin artırılması (EOR) üçün istilik üsulları üzrə təcrübə, perspektiv, anlayış və ən son yenilikləri bölüşmək məqsədilə sənayenin, tədqiqat mərkəzlərinin və akademik institutların əsas tədqiqatçılarını və mütəxəssislərini biraraya gətirib.

Xəbər lenti