Logo

ADPU nümayəndələri əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi üzrə görüşdə iştirak edib - FOTO

20.11.2022 11:40 329 baxış
IMG

DOST Agentliyində əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi çərçivəsində növbəti görüş baş tutub.

Tehsil.biz xəbər verir ki, tədbirdə Əlilliyi olan şəxslərin hüquqları sahəsində Dövlət Monitorinqi Komissiyasının üzvləri ilə yanaşı, qeyri-hökumət təşkilatları, blogerlər, universitet və ictimaiyyət nümayəndələri iştirak edib. Azərbaycan Dövlət Pedaqoji Universitetini görüşdə Məktəbəqədər təhsil fakültəsinin dekanı dosent Nailə Hüseynova və Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli təmsil edib. 

Görüşdə əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi çərçivəsində “Təhsil sistemində müyəssərlik və inklüzivlik imkanları” və “Əlilliyi olan uşaqların hərtərəfli inkişafı, istedad, bilik və bacarıqlarını realizə etmələri üçün mövcud imkanlar və çətinliklər” mövzularında iki blokdan ibarət olmaqla müzakirələr aparılıb.

Tədbirdə qonaqlar, habelə ADPU nümayəndələri tərəfindən səsləndirilən rəy və təkliflərin komissiya tərəfindən nəzərə alınacağı qeyd edilib.

Xəbər lenti