Logo

Lənkəran Dövlət Universitetində konfrans keçirilib

20.11.2022 14:51 353 baxış
IMG

Lənkəran Dövlət Universitetində (LDU) “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda konfrans keçirilib.

Tehsil.biz xəbər verir ki, LDU-nun elm və innovasiya məsələləri üzrə prorektoru, dosent Elvin Əliyev konfransın mövzusunu təkcə ölkəmiz üçün deyil, bütün  dünyada qlobal problem kimi dəyərləndirib, ən ağrılı sosial məsələ adlandırıb, məişət zorakılığını törədən amillər, onun ağrılı nəticələri, cəmiyyət üçün yaratdığı fəsadlar barədə danışıb.

Mövzu ilə bağlı sosial məsələlər üzrə prorektor, filologiya elmləri doktoru Kamran Kazımov isə geniş məruzə edib. Bildirib ki, ölkəmizdə bu sahədə kifayət qədər işlərin görülməsinə,  həyata keçirilən təsirli tədbirlərə baxmayaraq, dünyanın bir çox yerlərində olduğu kimi, ölkəmizdə də məişət zorakılığı problem olaraq qalmaqdadır.  Məruzəçi problemin həllində cəmiyyətin birgə fəaliyyətinə, maariflənməsinə, qadınların ictimai-siyasi fəallığının artırılmasına, erkən nikahların aradan qaldırılmasına ehtiyac olduğunu deyib və  bu sahədə birgə fəaliyyətin vacibliyini xüsusi vurğulayıb.

Məruzə ətrafında universitetin prorektoru Novruz Həsənquliyev,  Pedaqogika, psixologiya və incəsənət fənləri kafedrasının baş müəllimi Şahin Mehrəliyev, Xarici dillər kafedrasının müəllimi Cəmilə İbrahimova, Kimya və fizika kafedrasının dosenti Elnur Dadaşov çıxış edərək məsələyə münasibət bildiriblər. Çıxışçılar konkret faktlar əsasında məişət zorakılığının cəmiyyətdə yaratdığı fəsadlardan, onun ağrılı nəticələrindən, günahsız insan ölümlərindən danışaraq həlli yollarını göstəriblər.

Xəbər lenti