Logo

20 dövlət orqanında mövcud olan 88 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb

21.11.2022 21:19 378 baxış
IMG

Oktyabrın 13-də elan edilmiş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib. Elan üzrə 20 dövlət orqanında mövcud olan 88 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 151 namizədlə 166 müsahibənin keçirilməsi planlaşdırılır.

Ən yüksək müsabiqə vəziyyəti Bakı Apellyasiya Məhkəməsi, məsləhətçi - kompüter proqramçısı (1 vakant yer üzrə 16 nəfər), İqtisadiyyat Nazirliyi, İqtisadi statistika sektoru, sektor müdiri (1 vakant yer üzrə 12 namizəd) vəzifələri üzrə yaranıb.

Müsahibələrin noyabrın 28-dən 2023-cü il yanvarın 10-dək olan dövrdə keçirilməsi planlaşdırılır.

Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.

Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.

Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin təşkili yalnız müvafiq təsdiqedici sənəd nəzərə alınmaqla həyata keçirilə bilər.

Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Xəbər lenti