Logo

Lənkəranda naməlum şəxslər tərəfindən döyülən məktəblinin yaxınları danışdı - VİDEO

21.11.2022 22:05 273 baxış
IMG

Lənkəran rayonunun Viyən kəndində döyülərək ağır vəziyyətdə olan məktəblinin yaxınları danışıb.

Tehsil.biz xəbər verir ki, “Xəzər Xəbər”ə danışan məktəblinin yaxınlarının sözlərinə görə, onun kənddə heç kimlə bir münaqişəsi olmayıb, özü də ali məktəbə hazırlaşırmış.

“Axşam nənəsini xalasıgilə yola salıb, evə qayıdıb. Daha sonra həyətdə uşaqlarla oynayıb. Sonra gedib və bir saat sonra qayıdanda qanlar içərisində olub”.

Şagirdin ailəsi bu hadisədən xəbər tutan kimi dərhal polis orqanlarına məlumat veriblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət daxil olub və hazırda araşdırma aparılır. 

Qeyd edək ki, Viyən kənd tam orta məktəbinin XI sinif şagirdi axşam saatlarında kəndin ərazisində naməlum şəxs və ya şəxslər tərəfindən döyülüb. Xəsarət alan yeniyetmə təcili yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstaxanasına çatdırılıb. Həkimlər şagirdin vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.

Daha ətraflı süjetdə:

Xəbər lenti