Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Şabran rayonunda “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Vətən müharibəsinə həsr olunmuş Nə? Harada? Nə zaman? formatında bilik yarışı keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbir “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq!” gənclər arasında vətənpərvərliyin təbliği layihəsi çərçivəsində reallaşıb.
Yarışda Şabran rayonunun müxtəlif məktəblərində təhsil alan şagirdlər və gənc müəllimlərdən ibarət 6 komanda mübarizə aparıb.
Yekunda “Rəhimli” komandası birinci, Padar kəndini təmsil edən eyniadlı komanda ikinci, “Zərbə” komandası üçüncü yeri tutub.