Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Torpaqşünaslıq və aqrokimya və Aqronomluq fakültələrinin professor-müəllim heyətləri ilə görüş keçirilib.
Tehsil.biz xəbər verir ki, görüşlərdə çıxış edən Universitetin rektor vəzifəsini icra edən Zəfər Qurbanov belə görüşlərin hissə-hissə bütün fakültələrdə keçirildiyini diqqətə çatdırıb. O bildirib ki, keçirilən görüşlərin məqsədi qarşıda duran perspektivlər, təhsilin keyfiyyətinin yüksəldilməsi, imtahan sessiyasının təşkili və qarşıda duran digər məsələlərin müzakirəsidir.
Sonra fikir və təkliflər dinlənilib, suallar cavablandırılıb.