Logo

BMU - “AzSMART” MMC əməkdaşlığı çərçivəsində təlimlərin və təcrübənin II mərhələsi başlayıb

22.11.2022 12:25 48 baxış
IMG

Bu ilin aprel ayından Bakı Mühəndislik Universiteti (BMU) ilə “AzSMART” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) əməkdaşlığı çərçivəsində həyata keçirilən layihənin ikinci mərhələsinə start verilib.

Tehsil.biz xəbər verir ki, tələbələrin təhsil müddətində praktiki bilikləri, bacarıq və səriştələrinin artırılmasına yönəlmiş layihənin birinci mərhələsində seçilmiş 12 tələbə üçün yeni nəsil nəzarət kassa aparatlarının (NKA) elektron qurğu kimi quruluşu, işləmə prinsipləri və tam diaqnostikası məsələlərinə həsr olunmuş təlimlər keçirilib. Təlimlərdə əsasən, istismar zamanı yaranmış texniki nasazlıqların üzə çıxarılması və onların aradan qaldırılması, təmir proseslərində alətlərdən düzgün istifadə qaydaları, fiziki olaraq zədələnmiş ekran və çap qurğusunun təmiri məsələlərinə diqqət yetirilib. Tələbələr, həm də eyni NKA-ların müştərilər tərəfindən istismar üçün qoşulması və müştərilərə istismarla bağlı təlimatların verilməsinə aid bilikləri əldə ediblər. Layihəyə cəlb olunmuş tələbələrdən ən fəal və yüksək bilik, bacarıq və səriştə nümayiş etdirən 6 tələbəyə AzSMART” MMC-nin ofisində təcrübəçi kimi işləmək hüququ verilib, onlar bu günə kimi praktiki fəaliyyətlərini davam etdirirlər.

Noyabr ayından başlanan ikinci mərhələdə isə 16 tələbə 5 işçi qrupuna bölünərək təcrübə və təlimlərə cəlb olunublar. İlkin təlimlərdə onlara təmir proseslərində istifadə olunan alətlərdən düzgün istifadə qaydaları, NKA-lar üçün akkumulyatorların dəyişilməsi və bu kimi işlərin icrası ilə bağlı biliklər verilib.

Xəbər lenti