Logo

ADU-nun tələbələri regionlararası forumda iştirak ediblər

22.11.2022 14:08 58 baxış
IMG

ADU Tələbə Gənclər Təşkilatının (TGT) sədr müavini Nicat Əliyev və müşaviri Nigar Hüseynova 11-ci Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak ediblər.

Tehsil.biz xəbər verir ki, forumda Azərbaycanın Baş naziri Əli Əsədov və Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin iştirak ediblər.

Forum çərçivəsində iki ölkənin siyasət, biznes, elm, ziyalı və ictimaiyyət nümayəndələrinin, habelə regionların rəhbərlərinin və rəsmi şəxslərinin iştirakı ilə beş tematik dəyirmi masa keçirilib. İqtisadi, nəqliyyat, aqrar-sənaye, humanitar sahələrdə əməkdaşlığa dair ətraflı müzakirələr aparılıb, kiçik və orta sahibkarlıq sahəsində gələcək qarşılıqlı fəaliyyət imkanları nəzərdən keçirilib.

Bildirilib ki, iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq bu gün praktiki olaraq bütün sahələri ehtiva edir. 

Regionlararası əməkdaşlıq ikitərəfli münasibətlərin gündəliyində xüsusi yer tutur. Azərbaycan Respublikası Rusiya Federasiyasının 80-ə yaxın subyekti ilə həm iqtisadi, həm də humanitar sahələrdə əlaqələri nizamlayıb, 20 subyektlə ticari-iqtisadi, elmi-texniki və mədəni sahələrdə qarşılıqlı fəaliyyət haqqında sazişlər imzalanıb.

Xəbər lenti