Logo

Dövlət qulluğu üzrə test imtahanının proqramına dəyişiklik edilib

22.11.2022 14:25 375 baxış
IMG

Dövlət qulluğuna qəbul məqsədilə 2023-cü ildən etibarən keçiriləcək test imtahanlarının İnformasiya texnologiyaları üzrə proqramında müəyyən dəyişiklik edilib.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, Microsoft Office paketinin "Office 2010" versiyası "Office 2019" versiyası ilə əvəzlənib (link).

Namizədlərə elmi-metodik kömək məqsədi ilə yaxın vaxtlarda Dövlət İmtahan Mərkəzi tərəfindən çap olunacaq “İnformatika” vəsaitinin yenilənmiş nəşrinə "Office 2019" versiyasına aid müvafiq mövzular daxil edilib.

Xəbər lenti