Logo

Bu müəllimlər 2 aydan çoxdur, maaş ala bilmir - RƏSMİ AÇIQLAMA

22.11.2022 15:55 811 baxış
IMG

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan rayonlarda çalışan müəllimlər əməkhaqqı almaqda çətinlik çəkirlər.

Tehsil.biz xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Belə ki, müəllimlər dərsdənkənar məşğələ və dərnəklərin pulunun gecikdirildiyini bildiriblər.

Qeyd olunanlara görə, əməkhaqları bir qisim müəllimlərə ödənilsə də, bir çox müəllim 2 aydan çoxdur ki, pullarını ala bilmir.

Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsindən "Tehsil.biz"in sorğusuna cavab olaraq bildirilib ki, ödənilməyən əməkhaqları noyabr ayının sonunadək ödəniləcək:

"Tərəfimizdən xərc əməliyyatları aidiyyətı işəgötürənlər tərəfindən təqdim olunan təsdiqedici sənədlər əsasında həyata keçirilir. Bu səbəbdən sənədləri hazır olan müəssisələr üzrə xərc əməliyyatları aparılmış cari ayın sonunadək digər müəssisələr üzrə də təqdim olunmuş təsdiqedici sənədlərə uyğun olaraq müvafiq maliyyələşmələr aparılacaq".

Xəbər lenti