Logo

Nazir: "Azad edilmiş ərazilərdə ümumilikdə 200-dək müasir məktəbin tikilməsi planlaşdırılıb"

22.11.2022 18:54 312 baxış
IMG

"İşğaldan azad edilmiş ərazilərdə ümumilikdə 200-dək müasir məktəbin tikilməsi planlaşdırılıb və bu, müvafiq dövlət qurumları ilə birgə həyata keçirilir".

Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Elm və Təhsil Nazirliyinin şagirdlər arasında təşkil etdiyi “Əziz Şuşa, sən azadsan!” inşa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində deyib.

Nazir işğaldan azad olunmuş ərazilərdə hazırda bərpa-quruculuq işlərinin davam etdirildiyini və müasir standartlara uyğun məktəblərin tikildiyini bildirib:

E.Əmrullayev Şuşa, Laçın, Füzuli, Suqovuşan qəsəbəsi, Cəbrayıl, Zəngilan və Kəlbəcərdə tikiləcək və istifadəyə veriləcək məktəblər, layihələndirmə işləri haqqında məlumatları diqqətə çatdırıb.

Xəbər lenti