Logo

DİM-də təlim: “Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının tətbiqi məsələləri”

22.11.2022 19:50 491 baxış
IMG

Noyabrın 22-də Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin müdir müavini Lalə Qədirova tərəfindən “Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının tətbiqi məsələləri” mövzusunda təlim keçirilib.

Tehsil.biz xəbər verir ki, təlimdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 əməkdaşı iştirak edib.

Təlim zamanı korrupsiya anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, korrupsiya hüquqpozmalarının növləri, korrupsiya hüquqpozmalarına görə məsuliyyət, korrupsiyaya qarşı mübarizədə beynəlxalq təcrübə, korrupsiyaya qarşı mübarizə metodları və vasitələri, Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizədə əldə edilmiş nailiyyətlər, eləcə də dövlət qulluqçularının etik davranış qaydaları, etik davranış qaydalarının əhəmiyyəti, korrupsiya ilə mübarizə və etik davranış qaydalarının tətbiqi məsələləri barədə təlim iştirakçılarına məlumat verilib. 

Təlimin sonunda korrupsiyaya qarşı mübarizə və dövlət qulluğunda etik davranış qaydaları mövzusunda təlim iştirakçılarının sualları cavablandırılıb.

Xəbər lenti