Logo

BANM-də “Teknofest” lə bağlı infosessiya keçirilib

22.11.2022 21:22 108 baxış
IMG

“Bilim Bakı” Mərkəzinin direktoru Yusuf Polat Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri üçün bu il Türkiyədə təşkil ediləcək növbəti “Teknofest” müsabiqəsi ilə bağlı infosessiya keçirib.

Tehsil.biz xəbər verir ki, əvvəlcə “Teknofest” müsabiqəsi və BANM-in festivalda iştirak edən komandaları haqqında məlumat verilib. Qeyd edilib ki, 26-29 may 2022-ci il tarixlərində Azərbaycanda keçirilən Teknofest Aerokosmik və Texnologiya festivalında final turunun nəticələrinə əsasən Bakı Ali Neft Məktəbinin 6 komandası 8 layihə üzrə mükafata layiq görülərək ali məktəblər arasında ən çox mükafat alan ali təhsil ocağı olub.

Tədbir “Bilim Bakı” Mərkəzinin direktoru Yusuf Polatın təqdimatı ilə davam edib. O, “Teknofest” müsabiqəsinə müraciət və layihələrin qəbulu ilə bağlı ətraflı məlumat verib. Sonda tələbələrin sualları cavablandırılıb.

Xəbər lenti