Logo

MDU-da seminar: "Müasir təhsil trendləri və süni intellekt" - FOTO

22.11.2022 21:39 288 baxış
IMG

Noyabr 18-də Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “Müasir təhsil trendləri və süni intellekt” mövzusunda seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, seminarda universitetin akademik heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.

MDU-nun İnformasiya texnologiyaları kafedrasının müəllimi Elçin Tağıyev təqdimatla çıxış edərək dördüncü sənaye inqilabı şəraitində təhsilin əsas inkişaf trendləri, informasiya texnologiyalarının müasir inkişafı, “Machine Learning”, “Deep Learning”, elektron və virtual reallıq barədə ətraflı məlumat verib.

İştirakçılar tərəfindən maraqla qarşılanan seminarda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb və təqdim edilən suallar cavablandırılıb.

Xəbər lenti