Logo

Məktəb Lisey Kompleksinin müəllimi niyə vəfat edib? - Direktordan AÇIQLAMA

22.11.2022 22:18 24754 baxış
IMG

Xəbər verdiyimiz kimi, bu gün Məktəb Lisey Kompleksinin riyaziyyat müəllimi Şəfəq Əliyeva dünyasını dəyişib.

"Tehsil.biz"in əldə etdiyi məlumata görə, Ş.Əliyeva bir müddət əvvəl pomidor turşusundan zəhərlənibmiş.

Hadisə ilə bağlı saytımıza açıqlama verən Məktəb Lisey Kompleksinin direktoru Esmira Quliyeva Ş.Əliyevanın ölümündən çox təsirləndiyini bildirib:

"Təxminən on gün əvvəl zəhərlənmişdi, vəziyyəti ağır idi, xəstəxanada müalicə alırdı, sağalar deyə ümid edirdik. Adam deməyə söz tapmır. Şagirdlərin sevimlisi olan müəllimi itirmək bizim üçün çox çətindir.

Şəfəq müəllim daim öz üzərində işləməyi sevirdi, sakittəbiətli, mehriban insan idi. Nə deyək, Allah rəhmət eləsin".

Xəbər lenti