Elm və Təhsil Nazirliyinin akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda fəaliyyət göstərən daha iki laboratoriya 2022-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqda Elmi şura qarşısında hesabat verib.
İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, icraçı direktor fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyevin sədrliyi ilə keçirilən iclasda radiasiya fiziologiyası və mühit amilləri və analizatorların formalaşması laboratoriyalarında görülən işlər haqqında məruzələr edilib.
Hər iki məruzə zamanı laboratoriyanın cari ildə apardıqları elmi-tədqiqat işləri və alınan nəticələr, nəşriyyat fəaliyyəti, elmi forumlarda iştirak və çıxışlar, kadr hazırlığı, elmi əlaqələr və əməkdaşlıq haqqında məlumat verilib, hesabatlarla bağlı müzakirələr aparılıb, təkliflər dinlənilib.
Müzakirələrdə iştirak edən şura üzvləri laboratoriyaların cari ildə gördükləri işləri yüksək qiymətləndiriblər.